Seçenov Universitetinin Bakı filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib FOTO


Digərləri 19 Yan 2019 21:16:00 555 0

Seçenov Universitetinin Bakı filialında 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib  FOTO

İ.M. Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə anım tədbiri keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra filialın rektoru professor Əziz Əliyev giriş sözü söyləyib. Rektor tədbir iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələr barədə məlumat verib.

Qeyd edilib ki, bu qanlı hadisələrə ilk dəfə siyasi qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev olub. Ulu Öndər 1990-cı il yanvarın 21-də SSRİ rəhbərliyinə kəskin etirazını bildirib və Bakı şəhərindən qoşunların çıxarılmasını tələb edib.

Rektor daha sonra vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizin uğurlu inkişafı davam edir. İlham Əliyevin rəhbərliyi ilə təmin edilmiş sabitlik sayəsində ölkəmiz təhlükəsiz dövlətə çevrilib. Azərbaycanda həyata keçirilən layihələr və islahatlar ölkəmizin firavanlığını və davamlı inkişafını təmin edəcək.


Xəbərə aid fotolar