Qida təhlükəsizliyi mətbəxdə bitir


Digərləri 19 Yan 2019 20:50:00 628 0

Qida təhlükəsizliyi mətbəxdə bitir

Beynəlxalq araşdırmalar nəticəsində məlum olub ki, ev şəraiti istər şəxsi gigiyena, istərsə də ətraf mühitin gigiyenasından asılı olaraq, qida mənşəli zəhərlənmələrin meydana gəldiyi ən riskli yerlərdən biridir.

Son.az faktxeber.com-a istinadən bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib.

Məlumata əsasən, qida təhlükəsizliyi və ya patogen (xəstəlik törədən) mikroorqanizmlərin meydana gətirdiyi qida mənşəli xəstəliklərin yayılması ilə bağlı məqalələr, statistik informasiyalar qidanın sadəcə bizi qidalandırmaqdan başqa, eyni zamanda, təhlükəli emal nəticəsində sağlamlığımıza qarşı təhdid ola biləcəyini də xatırladır.

Amerika Birləşmiş Ştatlarında 1998-2008-ci illərdə aparılan qida mənşəli xəstəliklərlə bağlı araşdırma nəticəsində qidanın 9-15 faizində zəhərlənmə hadisəsinin ev şəraitində baş verməsi məlum olub.

Respublikamızda isə qida zəhərlənməsi hallarından zərərçəkənlərin sayı verilən rəsmi statistikaya görə, ötən ilin ilk 9 ayında 477 nəfər, 2016-cı ilin ilk 9 ayı üçün 773 nəfər, 2015-ci ilin ilk 9 ayı üçün isə 746 nəfər təşkil edib. Zəhərlənmələrə səbəb isə ev şəraitində konservləşdirilmiş məhsullar, məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullardır.

Nəzərə çatdırılıb ki, bəzi hallarda qida zəhərlənmə faktları mübahisəli olmaqla yanaşı, dəqiqləşdirmək mümkün deyil və buna görə də qida zəhərlənməsi kimi qeydiyyata alınmır.

Qeyd olunanlara əsasən, həqiqətən də, mətbəximiz qida təhlükəsizliyi baxımından önəmli risk daşıyıcısıdır. Bunun isə bir neçə izahı var. Birincisi, gündəlik qəbul etdiyimiz qidanın əhəmiyyətli dərəcədə böyük hissəsi ev şəraitində hazırlanır, ikincisi isə istehlakçılar ev şəraitində qida hazırlayarkən qida təhlükəsizliyi tələblərini yada salmırlar, yaxud da bu barədə hər hansı bir məlumata sahib deyillər.

İstehlakçılar qida hazırlayarkən qida təhlükəsizliyi ilə bağlı aşağıdakı 4 əsas qida təhlükəsizliyi tələbini nəzərə almalıdır:

Təmizləmə. Bu tələbin əsas məqsədi mikroorqanizmlərin qidadan, ya da çirklənmiş səthdən hazır yeməyə keçməsinin qarşısını almaqdır. Mətbəxdə ən çox çarpaz çirklənmə vasitələri olan soyuducu dəstəyi, çaydan tutacaqları, kran qolları, çanaq, mətbəx bezləri və süngərlər yemək hazırlığı zamanı dəfələrlə təmas halındadırlar. Bu yerdə əllər mətbəxdə patogenlərin yayılması üçün birinci vasitədir. Əllərin tez-tez yuyulması çarpaz çirklənmənin qarşısını almaq üçün vacibdir. Çiy ət məhsulları ilə təmasda olan mətbəx avadanlıqları təmizləndikdən sonra hazır qidalar, meyvə-tərəvəzlər və digər yeyilməyə hazır qidalar üçün istifadə olunmalıdır. Xüsusilə doğrama lövhələri önəmli çarpaz çirklənmə vasitələridir.

Maraqlı faktlardan biri də odur ki, Böyük Britaniyada qida mənşəli xəstəliklərin 14 faizi yetərsiz təmizlənmiş kəsmə lövhələri və bıçaqlarla bağlıdır. Ümumilikdə isə, mətbəximizdə ən çox çarpaz çirklənmə vasitələrində rast gəlinən patogen mikroorqanizmlər sırasında mətbəx bezləri və süngərlər, kran qolları, çanaq, soyuducu dəstəyi, zibil vedrəsi, doğrama lövhələri, mətbəx masası, döşəmə üstünlük təşkil edir.

Yer

Campylobacter

Salmonella

E. coli

S. aureus

Mətbəx bezləri və süngərlər

Kran qolları, çanaq

 

Soyuducu dəstəyi