Keyfiyyətli qidalar seçmək üçün


Digərləri 19 Yan 2019 20:36:00 586 0

Keyfiyyətli qidalar seçmək üçün

Keyfiyyətsiz qidalar sadəcə ləzzətsiz olmur, sağlamlığımız üçün də probelemlər yaradır. Buna görə qidalarımızın təzə və keyfiyyətli olması mütləqdir. Qidaların təzəliyini anlaya bilərik, bəs keyfiyyətsiz olduğunu necə bilək?

Son.az publika.az-a istinadən bəzi qidaların keyfiyyətli olmasını anlamağımız üçün üsulları təqdim edir.

Yumurtalar

Yumurtanın təzə olub-olmadığını sadə testlə müəyyən edə bilərsiniz. Bir stəkan suya bir yumurta qoyun. O, suyun dibinə batıb yan yatırsa, təzədir. Ancaq yumurta müəyyən məsafədə durursa, demək 1.2 həftəlikdir, suyun üstünə qalxırsa, demək yemək üçün çox köhnədir. Yumurta köhnəldikcə qabığından daha çox hava içəri daxil olar.

Şokalad

Bəzi istehlaçılar şokaladdakı kakaonun tərkibi barədə yalan deyə bilər. Ancaq bu yalanı üzə çıxartmaq üçün şokaladı əlinizə götürüb qırın. Bu zaman çıxan səsə diqqət edin. Şokaladı qıranda yüksək "tık" səsi çıxarsa, demək tərkibində yüksək kakao yağı var. Kakao yağı az olan şokalad qırılanda mat səs çıxar və daha yumşaq qırılar.