Həkimlərin sizə təyin edə biləcəyi 4 təhlükəli dərman


Digərləri 19 Yan 2019 20:37:00 681 0

Həkimlərin sizə təyin edə biləcəyi 4 təhlükəli dərman

Məlumdur ki, xəstəliklər dərmanlarla müalicə olunur. Amma bəzən qəbul edilən həblər xəstəni sağaltmaq əvəzinə, onun sağlamlığına zərər verir. Təbii ki, bu, həddi aşdıqda baş verir.

Son.az medicina.az-a istinadən bu preparatlardan 4-nü təqdim edir:

Prednizon və ya kortizon

Bu tip dərmanlar böyrəküstü vəzin qabığında sintez olunan steroid hormonlarından ibarətdirlər. Xəstə bu dərmanları həkim göstərişi ilə qısa müddətdə qəbul etməlidir. Preparatın uzun müddətli qəbulu hormonlar sisteminin pozulması nəticəsində orqanizmin dağılmasına, hətta xəstənin ölümünə də səbəb ola bilər.

Dərmanın uzun müddət qəbulu zamanı aşağıdakı hallar yaşana bilər:   • Natriumun orqanzimdə yığılması və kaliumun itirilməsi nəticəsində güclü şişkinlik • Qanın laxtalanması güclənərək tromb əmələ gətirəcək • Qan təzyiqinin yüksəlməsi • Qlaukoma və katarakta • Əzələ zəifliyi • İmmunitetin aşağı düşməsi və yaraların uzun müddət sağalmaması • Osteoporoz və sümüklərin nekrozu • Psixoloji problemlər • Orqanzimdə maye toplanması • Hiperqlokemiya • Qastrit və mədə xorasının yaranması • Daxili qanaxma

Kumadin və ya Varfarin

Bu preparat qanın laxtalanmasını azaltmaq üçün təyin edilir. Əsasən insult və ürək tutması riski yüksək olan xəstələrinə təyin edilir. Həddən çox istifadəsi qanaxmaya səbəb ola bilər. Buna görə də xəstələr bu dərmanları son dərəcə ehtiyatla qəbul etməlidirlər.  

Dərmanın uzun müddət qəbulu zamanı aşağıdakı hallar yaşana bilər:

• Daxili qanaxma • Hematoma • Ətrafların nekrozu və qanqrenası • Osteoporoz • Bənövşəyi barmaq sindromu

Metotreksat