Qişda ətir alarkən nəyə


Digərləri 19 Yan 2019 20:25:00 725 0

Qişda ətir alarkən nəyə

Ətir hər mövsüm istifadə edilən və insanı xüsusi edən ən mühüm gözəllik ayinlərindən biridir. Biz çox vaxt ətri zövqümüzə uyğun olaraq seçirik. Lakin mövsümlər də ətir seçminə birbaşa təsir göstərir. Yay ətirləri mövsüm geyimləri kimi yüngül, rahat və daha təravətli olur. Qışa isə daha ağır ətirlər yaraşır.

Son.az gencaile.az-a istinadən bildirir ki, beləliklə, bu yazıda oxucuları qış ayları üçün uyğun olan ətirlərlə tanış edirik.

Qışda, soyuq havalarda ətir qoxuları daha tez yox olur. Odur ki, qış aylarında incə qoxular yerinə daha ağır və ədviyyatlı qoxulara üstünlük vermək tövsiyə edilir. Bu səbəbdən də kəskin ədviyyatlı qoxularda spirt nisbəti daha çoxdur.