Ürək xəstəliyi olanlara xəbərdarlıq


Digərləri 19 Yan 2019 20:03:00 681 0

Ürək xəstəliyi olanlara xəbərdarlıq

Qışda infarkt riski 30 faiz artır.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu sözləri ürək və damar cərrahiyyəsi uzmanı, türk doktor Ayhan Müdüroğlu deyib.

Normal bədən hərarətinin 36-37 dərəcə ətrafında olduğunu bildirən həkimin sözlərinə görə, temperaturun 35 dərəcəyə enməsi hiportermi adlanır: "Havanın temperaturu 10 dərəcədən aşağı düşəndə hiportemi riski artır. Bu riski gücləndirən başqa səbəblər də var.

Sətəlcəm, böyrək çatışmazlığı və bu kimi bənzər xəstəliklər zamanı risk daha yüksək olur. Bədənin hərarətinin 30 faizi baş-boyun bölgəsinə sərf olunur. Buna görə də bu nahiyəni qorumaq lazımdır".