1 həftə çörək yeməsək nə baş verər?


Digərləri 19 Yan 2019 19:55:00 620 0

1 həftə çörək yeməsək nə baş verər?

Mütəxəssislər illərdir çörəyi qida rasionumuzdan çıxarmağı təklif edirlər. Bir həftə ərzində çörək yeməyən Gina Florio adlı qadın nəticədən olduqca məmnun olduğunu bildirir. Maraqlıdır, bir həftə çörək yeməsək nə baş verər?

Son.az faktxeber.com-a istinadən bildirir ki, Gina Florio pəhrizin ilk vaxtlarında, xüsusilə səhər yeməyi ilə günorta saatları arasında çox acıdığını bildirir. O, səhər yeməyində çörək üstünə çəkərək yediyi armud əzməsini də məcburən menyudan çıxarır.

Çörəkdən imtinanın sonrakı günlərində idman edərkən və idman sonra özünü çox yorğun hiss etdiyini söyləyən Gina karbohidrogen çatışmazlığı ucbatından bədənində enerji çatışmazlığı yaşadığını bildirir. Buna görə bazar qaçışlarını da təxirə salmaq məcburiyyətində qalır.

Çörək yemədiyi üçün daha çox şirin qida istədiyini söyləyən Gina bu şəkildə daha çox kalori alaraq təmbəlləşdiyini və bundan nifrət etdiyini vurğulayır. O, əlavə olaraq bildirir ki, çörək yeyərkən bu cür şeylər hiss etmirmiş.