​​​​​​​Həm gözəlləş, həm miqrendən xilas ol


Digərləri 19 Yan 2019 19:20:00 635 0

​​​​​​​Həm gözəlləş, həm miqrendən xilas ol

Son illər miqrendən əziyyət çəkən xəstələr üçün daha bir çarə tapılıb. Bu yeni müalicə üsuluna sadə dildə "miqren botoksu" deyilir.

Bir çoxu hesab edir ki, botoks, sadəcə, estetik təbabətdə istifadə edilir. Lakin bu, belə deyil, botoksun çoxumuzun bilmədiyi başqa tərəfləri də var. Məsələn, dözülməz miqren ağrılarından bu üsulla qurtula bilərsiniz. Həkimlərin "botulinoterapiya" adlandırdıqları müalicənin çox effektli olduğu bildirilir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, tibb elmləri doktoru, nevroloq Sədaqət Hüseynova saytına botulinoterapiyanın nevrologiyada tətbiqi haqqında danışır: "Miqren xroniki xəstəlikdir və bu xəstəliyin müalicə protokolları var. Bu protokollarda botoksla müalicə də nəzərdə tutulur. Bu üsul yalnız ağrıların qarşısını almaq üçün deyil. Bu, bir müalicə üsuludur və botulotoksin xroniki miqrenin müalicəsində əvəzolunmaz hesab edilir".

Bəs botulotoksin inyeksiyaları necə yerinə yetirilir?