Çay içəiçə siqaret çəkən kişilərə


Digərləri 19 Yan 2019 19:25:00 849 0

Çay içəiçə siqaret çəkən kişilərə

Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır. Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.

Son.az gencaile.az-a istinadən bildirir ki, dünyada xərçəng ölümlərində 6-cı sırada qida borusu xərçəngi dayanır: "Bu xərçəng növünə nadir rastlanır və özünü gec biruzə verir. Qida borusu xərçəngi ilk növbədə özünü udma çətinliyi ilə göstərir. Əvvəl-əvvəl qatı qidaları yeyərkən yaşanan udqunma çətinliyi sonradan duru yeməklərdə də baş verir. Bununla yanaşı, digər əlamətlər də var - mədə ağrısı və arıqlama, sinə nahiyəsində yanma və ağrı, səs qısıqlığı, qidaların ağıza geri gəlməsi, qanama, öskürək, boğulma hissi".