İtaliyanın bu şəhərində villalar 1 avroya satılır


Digərləri 19 Yan 2019 18:54:00 766 0

İtaliyanın bu şəhərində villalar 1 avroya satılır

İtaliyanın cənubundakı Sambuka-di-Siciliya adlı kiçik şəhərdə boş qalmış evləri cəmi 1 avroya əldə etmək mümkündür. Hakimiyyət orqanları bu üsulla az məskunlaşma olan ərazilər problemini həll etməyə səy göstərirlər.

Son.az Axar.az-a istinadən xəbər verir ki, təpənin zirvəsində yerləşən şəhərdən Aralıq dənizi adasına və sahilboyuna mənzərə açılır. Bununla belə bildirilir ki, bura daşınmaz əmlak səhmlərinə cəlbedici qiymətlərinin olduğu ilk yer deyil.

"Hakimiyyətin daşınmaz əmlakı təbliğat xarakterli şüarlarla satmağa çalışdıqları digər şəhərlərdən fərqli olaraq, bizdə həqiqətən də villalar 1 avroya satışa çıxarılıb", - deyə Sambuka merinin müavini Cüzeppe Kaçioppo bildirib.