Bir həftə hər gün pomidor yesəniz,


Digərləri 19 Yan 2019 18:24:00 617 0

Bir həftə hər gün pomidor yesəniz,

Bir həftə ərzində hər gün pomidor yesəniz bədəninizdə hansı dəyişikliklərin olacağından xəbərdarsınızmı?

Son.az Publika-ya istinadən xəbər verir ki, güclü antioksidant olan pomidorun tərkibində kifayət qədər A, C, K və B6 vitaminləri var.

Buna görə də mütəmadi şəkildə istifadə olunsa, bədəni ehtiyacı olan tiamin, maqnezium, kalium, mis, fosfor və fol turşusu il təmin edir.

Təzyiqi normallaşdırır

Tərkibindəki kalium sayəsində qan təzyiqini normallaşdırır. Qandakı zərərli triqliseritin səviyyəsini aşağı salır və yüksək təzyiq riskini azaldır.

Həzmi asanlaşdırır

Lif tərkibi sayəsində həzmi qaydasına salan pomidor həzmə kömək edən əzələlərin rahat hərəkət etməsini təmin edir. Eyni zamanda, qaz yaranması, sidik yolu infeksiyası və bağırsaq xəstəliklərinə qarşı güclü antioksidant vəzifəsini daşıyır.