Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı


Digərləri 19 Yan 2019 18:14:00 484 0

Pasxa adasındakı nəhəng daş heykəllərin sirri açıldı

Moai Sakit okeanın Pasxa adasındakı daş heykəllərin adıdır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, adada 1000-ə yaxın belə heykəl var. Heykəllər Rapanui polineziyalıları tərəfindən XIII əsrdə inşa edilib.

Amerikalı tədqiqatçılar heykəllərin hansı məqsədlə inşa edildiyini müəyyənləşdiriblər. Mütəxəssislərin fikrinə əsasən, platformalar şirin su mənbələrini göstərir.

Tədqiqat zamanı alimlər adanın xəritəsini hazırlayıblar və şirin su mənbələri ilə yanaşı digər təbii sərvətlər olan yerləri də işarələyiblər. Məlum olub ki, meqalitik tikililərin yaxınlığında mədənlər var. Adanın digər hissəsində isə şirin su tapılmayıb.

Pasxa adasında 300-dən çox axu meqalitik platforması və 1000-ə yaxın moai daş heykəli var. Ehtimal edilir ki, ilk abidələr polineziyalıların Rapanui sivilizasiyası dövründə, XIII əsrdə inşa edilib. Moai abidələrinin təyinatı uzun illər alimlər arasında mübahisə mövzusu olub.