Ekspert: "Uğursuz mitinq Əli Kərimliyə və tərəfdaşlarına növbəti məğlubiyyət dərsi verdi"


Digərləri 19 Yan 2019 18:07:00 634 0

Ekspert: "Uğursuz mitinq Əli Kərimliyə və tərəfdaşlarına növbəti məğlubiyyət dərsi verdi"

Əvvəlcədən də gözlənildiyi kimi, özünü "Demokratik Qüvvələrin Milli Şurası" adlandıran qurumın mitinqi növbəti uğursuzluqla nəticələndi və bu reallıq artıq uzun illərdir ki, Əli Kərimlini müşayiət etməkdədir.

Son.az bildirir ki, bunu Trend-ə "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bu gün Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda "Milli Şura"nın keçirdiyi mitinqi və onun nəticələrini şərh edərkən deyib.

Baş redaktorun sözlərinə görə, sağlam düşüncəli ictimai rəy bu qaragüruhçuların sözlərinə, fikirlərinə ümumiyyətlə əhəmiyyət vermir, çünki onların məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə yönəlməyib:

"Bu mitinqdə çıxış edən qaragüruhçu "liderlər"in bir neçə gün öncə Avropa Parlamentinin qəbul etdiyi saxta və əhəmiyyətsiz "qətnamə"sindən doğan çirkin məqsədlərinin şahidləri olduq. Corc Sorosun və onun Rebbeka Harms kimi əlaltılarının buyruq qullarına çevrilən bu siyasətbazlar guya "aclıq aksiyası" keçirənlərdən, xüsusilə Mehman Hüseynov sarıdan "narahat" olduqlarını dilə gətirdilər. Lakin hər kəs əmindir ki, onların heç biri nə Əli Kərimlini, nə də digərlərini maraqlandırır. Onları maraqlandıran ciblərinə axacaqları qrantlar və s. maddi vəsaitlərdir. Ümumiyyətlə, uğursuz mitinq barədə bir çox mülahizələr irəli sürmək olar və ən əsası, bu adamlar öz siyasi aksiyalarında bir dəfə də olsun ki, qaçqınlarımız, işğal olunmuş torpaqlarımız barədə etiraz səslərini ucaltmayıblar. Məhz bu fakt başda "Milli Şura" və onun rəhbərləri olmaqla, bütövlükdə dağıdıcı müxalifətin aşkar simasızlığını ortaya qoymuş olur".