İnternetdə şəxsi məlumatları necə qorumaq olar?


Digərləri 19 Yan 2019 17:54:00 644 0

İnternetdə şəxsi məlumatları necə qorumaq olar?

"ESET Russia"nın mütəxəssisi Andrey Yermilov istifadəçilərə öz şəxsi hesablarını qorumaq üçün tövsiyələr verib.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, onun sözlərinə görə, ilk növbədə parollar müntəzəm olaraq dəyişdirilməlidir:

"Eyni paroldan istifadə etdikdə məlumat itkisi qaçılmazdır. Parollar müntəzəm dəyişdirildikdə və aktuallığını itirdikdə, spam və reklam göndərmələrindən başqa heç bir təhlükə yoxdu".

Mütəxəssis, həmçinin bir neçə poçt qutusu yaratmağı tövsiyə edib: biri şəxsi, ikincisi isə müxtəlif xidmətlərdə qeydiyyatdan keçmək üçün: