BŞBPİ Milli Şuranın mitinqi barədə məlumat yaydı


Digərləri 19 Yan 2019 17:41:00 501 0

BŞBPİ Milli Şuranın mitinqi barədə məlumat yaydı

Yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Bakı Şəhər Baş Polis İdarəsindən Son.az-a verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.