"The Washington Times": Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir


Digərləri 19 Yan 2019 17:47:00 506 0

"The Washington Times": Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir

Müstəqil Azərbaycan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun "The Washington Times" qəzetində dərc olunan məqaləsində yazılıb.

Səfir yazıb ki, Azərbaycanın həmin dövrdə imperiyanın tərkibində olmasına baxmayaraq, Azərbaycan xalqı qurbanlar verərək yekunda istədiyi azadlığı və müstəqil gələcəyi əldə edə bildi. Diplomat əlavə edib ki, Azərbaycan öz ərazisini xarici hərbi mövcudluqdan azad etmiş ilk sovet ölkəsi oldu:

"Sovet qoşunları tərəfindən həmin gecə azərbaycanlılar, ruslar, tatarlar, yəhudilər və başqa xalqların nümayəndələri öldürüldü. Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələri həmin gecənin qurbanları üçün yas tutdu".

E.Süleymanov məqalədə qeyd edib ki, həqiqətən də müstəqil və uğurlu Azərbaycan sovet rejiminin qurbanı olmuş şəxslərin xatirəsi üçün ən yaxşı dəyərdir: