Məcburi köçkün uşaqları üçün layihə həyata keçirilir


Digərləri 19 Yan 2019 17:24:00 667 0

Məcburi köçkün uşaqları üçün layihə həyata keçirilir

Mingəçevir şəhərində məcburi köçkün uşaqları üçün "Code for Future" ("Gələcəyi kodlaşdır") şüarı ilə həyata keçirilən Kodlaşdırma üzrə İntensiv Tədris Düşərgəsinə sənəd qəbulu başa çatıb.

Son.az SalamNews-a istinadən xəbər verir ki, tədris Düşərgəsində iştirak etmək və gələcəyin ən önəmlı bacarıqlarından olan kodlaşdırmaya yeyələnmək üçün 358 şagird imtahanlarda iştirak edib. Seçimlərə əsasən, ən yaxşı nəticə göstərən 60 iştirakçı Düşərgəyə qəbul olunub.

Həmin iştirakçılar ölkəmizin ən qabaqcıl müəllimlərinin iştirakı ilə 25 yanvar - 03 fevral 2019-ci il tarixlərində 10 günlük sürətləndirilmiş tədris düşərgəsində (bootcamp) iştirak edəcəklər. Proqram çərçivəsində məktəblilər proqramlaşdırmanın əsaslarını öyrənəcək, Scratch, HTML və CSS kimi proqramlaşdırma dilləri ilə yaxından tanış olacaqlar. Həmçinin layihənin davamlığını təmin etmək üçün 8 yerli İKT müəllimi də tədris prosesinə cəlb ediləcək. Şagirdlər kodlaşdırma dərsləri almaqla yanaşı, sosial bacarıqlarının və liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlavə təlimlərdə də iştirak edəcəklər.


Xəbərə aid fotolar