Uşağın cinsiyyətini öyrənmək qadağan olunur


Digərləri 19 Yan 2019 17:14:00 726 0

Uşağın cinsiyyətini öyrənmək qadağan olunur

"Ananın haqqıdır ki, övladının cinsiyyətini bilsin". 

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Azərbaycanda uşağın cinsiyyətini əvvəlcədən öyrənmək qadağan ediləcək. "Sağlamlıq Haqqında Qanun" layihəsi Milli Məclisin 2019-cu ilin yaz sesiyasında müzakirəyə qoyulacaq.

Sakin: "Qız da oğlan kimi övladdır. Niyə oğlanlara üstünlük verilir? Mən bu qərara müsbət baxıram".

Sakin: "Bu fikirlə razı deyiləm. Ananın haqqıdır ki, övladının cinsiyyətini bilsin".

Sakin: "Məncə, cinsiyyətin öncədən öyrənilməsi deyil, sonradan həmin uşağın məhv edilməsi qadağan olunmalıdır".

Uşağın cinsiyyətinin ana bətnində olarkən öyrənilməsi qadağan edilə bilər. Bu barədə parlamentin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. Millət vəkili bildirib ki, qanun lahiyəsi hazırdır və yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.

Həkimlər isə deyir ki, Azərbaycanda ailələrin əksəriyyətinin həkimə verdiyi ilk sual elə uşağın cinsiyyəti ilə bağlı olur.


Xəbərə aid fotolar