DİNdə yeni təyinatlar


Digərləri 19 Yan 2019 17:07:00 800 0

DİNdə yeni təyinatlar

Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş verib. 

Son.az xəbər verir ki, Azvision.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq İsmayılov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilərək təqaüdə göndərilib.

Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev Binəqədi rayon Polis İdarəsinə rəis təyin edilib. 


Xəbərə aid foto