ABŞ senatoru: “YPG PKKnın siyasi qanadıdır”


Dünya 19 Yan 2019 17:09:00 414 0

ABŞ senatoru: “YPG PKKnın siyasi qanadıdır”

"YPG PKK-nın siyasi qanadıdır və PKK ilə bağlılığı var. Bununla bağlı açıq və konkret dəlillər mövcuddur. Müttəfiqimiz Türkiyə üçün yaratdığımız problemi həll etməliyik".

Son.az report-a istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan ABŞ-ın hakim Respublikaçılar Partiyasından olan senator Lindsi Qrem deyib.

Türkiyə rəhbərliyi ilə keçirdiyi görüşlərin yekunlarına dair mətbuat konfransında danışan senator bildirib ki, rəsmi Vaşinqtonun ABŞ-la birlikdə İŞİD-ə qarşı mübarizə aparanlara borcu var: "İrəli getmək, naliyyət əldə etmək üçün şansımız var. Yol verdiyimiz səhvləri düzəltmək üçün isə şansımız və zamanımız tükənir, ona görə də Türkiyəyə gəlmişəm".