Gürcüstandan xəstəlik gəldi: günah kimdədir və nə etməli?


Digərləri 19 Yan 2019 16:39:00 717 0

Gürcüstandan xəstəlik gəldi: günah kimdədir və nə etməli?

Bu gün kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin könüllü olaraq peyvənddən imtina etməsidir. Bunun "faydasını" indi görürük.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev son günlər ölkədə qızılca xəstəliyinin yayılması barədə danışarkən bildirib. Pediatrın sözlərinə görə, mart-aprel aylarında 18 yaşdan yuxarı əhali qrupunu peyvəndləməyin planlaşdırılmasına səbəb bu yaş kontingentinin vaxtında peyvənd olunmamasıdır:

"Rəsmilər qızılcanın ölkəmizə gəlməsində Avropa ölkələrini, Gürcüstanı günahlandırır. Mart-aprel aylarında 18 yaşdan yuxarı əhali qrupunun peyvəndlənməsi məntiqlə bu yaş kontingentinin zamanında peyvənd olunmamasıdır. Dünyanın hər yerində tur vaksinasiya ya epidemiya vaxtı, ya da epidemiya təhlükəsi yarananda aparılır.

Hər hansı bir xəstəliyə görə əhalini təşvişə salmaq olmaz. Amma həqiqəti də demək lazımdır. Bizdə peyvənd məsələsi rəsmilərin dediyi kimi deyil. Kifayət qədər peyvəndsiz uşaq var. Səbəb isə valideynlərin peyvənddən imtina etməsidir. Bunun "faydasını" da indi, qızılca xəstəliyi yayılan zaman görürük".