Bakıda sərnişin avtobusu qəza törətdi


Digərləri 19 Yan 2019 16:17:00 494 0

Bakıda sərnişin avtobusu qəza törətdi

Bakıda eyni küçədə iki yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Report-a istinadən bildirir ki, hadisə Nobel prospektində, "AMAY" Ticarət Mərkəzinin qarşısında baş verib.

İlk qəza zamanı "Bakubus" MMC-yə məxsus 99-JH-251 dövlət nömrə nişanlı sərnişin avtobusu minik avtomobili ilə toqquşub. Qəza nəticəsində həm minik avtomobilinə, həm də sərnişin avtobusuna maddi ziyan dəyib.

Bu hadisədən bir qədər sonra həmin ərazidə  01-BP-868 dövlət nömrə nişanlı texniki xidməti avtomobili də səkiyə çırpılıb. Nəticədə avtomobilin təkəri partlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son.az 


Xəbərə aid fotolar