Professor: “Kölgə iqtisadiyyatı ilə mübarizə ölkəyə milyardlar qazandıracaq”


Digərləri 19 Yan 2019 15:49:00 644 0

Professor: “Kölgə iqtisadiyyatı ilə mübarizə ölkəyə milyardlar qazandıracaq”

"Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır. Düzdür, elə bir ölkə yoxdur ki, orada kölgə iqtisadiyyatı olmasın. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq". Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Son.az bildirir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədovun Sputnik Azərbaycan-a dediyinə görə, kölgə iqtisadiyyatı ilə mübarizədə son aylar ciddi adımlar atılıb.