Bekhem: "Uşaqlarım mənə qibtə edir"


İdman 19 Yan 2019 15:16:00 648 0

Bekhem: "Uşaqlarım mənə qibtə edir"

Manchester United klubunun əfsanəsi, keçmiş ingilis yarımmüdafiəçi Devid Bekhem Parisdə PSG-nin və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə görüşüb.

Goal.az xəbər verir ki, bu barədə həm Mbappe, həm də Bekhem sosial şəbəkə hesablarında paylaşım ediblər.

“Dünya çempionu və istedadlı oyunçu ilə görüşdən böyük zövq aldım. Hətta Kilianın DÇ-2018-də qazandığı medalı da əlimdə saxlaya bildim. Uşaqlarım mənə qibtə edir. Üzrlü sayın uşaqlar!”, - deyə Bekhem öz Instagram səhifəsində yazıb.