Chelsea Hazardı ucuz satmağa razıdır


İdman 19 Yan 2019 14:22:00 625 0

Chelsea Hazardı ucuz satmağa razıdır

Chelsea Hazardı Real-a satmağa razılıq verib.

Goal.az-ın məlumatına görə, London təmsilçisi Belçika millisinin üzvü üçün tələbini də qarşı tərəfə çatdırıb.

28 yaşlı vinger "zadəganlar"ın iki dəfə yeni müqavilə təklifini rədd edib. Bu səbəbdən rəhbərlik onu satmaq qərarına gəlib. Bir müddət əvvəl "kral klubu"ndan 112 milyon avro tələb edən ingilislər bu keçid üçün indi 100 milyon avroya da razıdılar. Futbolçu özü də Real-a keçmək istədiyini gizlətmir.

Qeyd edək ki, Chelsea ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər olan Hazard bu mövsüm Premyer Liqada 10 qol, 10 assistlə yadda qalıb.