Gecə Bakıda şaxta olacaq


Digərləri 19 Yan 2019 13:44:00 608 0

Gecə Bakıda şaxta olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1° şaxtadan 2°-dək isti, gündüz 6-9° isti, Bakıda gecə 0-2° isti , gündüz 6-8° isti təşkil edəcək.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək.