Röya yumurtadan əl çəkmir: "Bu dəfə iki milyon"


Şou-biznes 19 Yan 2019 12:24:00 626 0

Röya yumurtadan əl çəkmir: "Bu dəfə iki milyon"

Xəbər verdiyimiz kimi, əməkdar artist Röya Ayxan son günlər sosial mediada məşhurlaşan və ən çox "like" sayını əlində tutan yumurta fotosundan sonra onunla bağlı bir neçə paylaşım edib.

Son.az axşam.az-a istinadən bildirir ki, ifaçı əvvəlcə simasının əks olunduğu yumurta fotosu yayımlayıb. Bir milyon "like" toplamasa, profilini oğluna verəcəyini deyən Röya istəyinə nail ola bilməyib. O, cəmi 130 min bəyənmə sayı alıb.

Cəhdinin uğursuz alınması müğənnini yolundan döndərməyib. O, bu dəfə "yumurtalı video" paylaşaraq izləyicilərdən 2 milyon baxış sayı istəyib.