Yanacaqdoldurma məntəqəsinin işçisini hədələyərək pul tələb edən şəxslər saxlanılıb


Digərləri 19 Yan 2019 12:22:00 600 0

Yanacaqdoldurma məntəqəsinin işçisini hədələyərək pul tələb edən şəxslər saxlanılıb

Quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Bakı. Xırdalan şəhəri ərazisindəki yanacaqdoldurma məntəqələrinin birinə gəlmiş 2 maskalı şəxs orada operator işləyən Aşağı Güzdək qəsəbə sakini Ruslan Əmkişiyevi tapançaya oxşar əşya ilə hədələyib pul verməsini tələb ediblər, amma müqavimətlə rastlaşdıqlarından qaçıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olan kimi polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.