Azərbaycanda havanın temperaturu yüksələcək


Digərləri 19 Yan 2019 12:14:00 697 0

Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, növbəti günlərdə ölkə ərazisində hava şəraitinin sabit, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Səhər saatlarında bəzi yerlərdə zəif duman olacağı istisna olunmur".

Onun sözlərinə görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 2-3 dərəcə yüksələcək: "Bakıda şimal qərb küləyi əsəcək, gündüz cənub şərq küləyi ilə əvəz olunacaq. Rayonlarda da qərb küləyi əsəcək, ayın 21-i arabir güclənəcək".