Alonso və Ronaldonun məhkəməsinin vaxtı açıqlandı


İdman 19 Yan 2019 12:00:00 756 0

Alonso və Ronaldonun məhkəməsinin vaxtı açıqlandı

Real-ın sabiq futbolçuları, hazırda Juventus-da forma geyinən Kriştiano Ronaldo və Real U14-ün məşqçisi Xabi Alonso yanvarın 22-də Madriddə vergi fırıldaqçılığı ittihamı ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ronaldo artıq İspaniya hökuməti ilə razılıq əldə edib.

Razılığa görə, futbolçu hökumətə 19,1 milyon avro ödəməli və iki il şərti həbs cəzası almalıdır. 33 yaşlı portuqaliyalı 2011-ci ildən 2014-cü ilə qədər imic hüquqlarından gəlir vergisi qismində 14,5 mln. avro ödəməkdən boyun qaçırmaqda ittiham olunur.

Alonso ilə bağlı vəziyyətdə isə prokurorluq 2010, 2011 və 2012-ci illərdə vergi qanunvericiliyini pozduğuna görə, ispaniyalını 5 il azadlıqdan məhrum etmək və onu təqribən 4 mln. avro məbləğində cərimələməyi tələb edir. Madrid məhkəməsi xeyrinə qərar çıxarmayacağı təqdirdə, 37 yaşlı Xabini real həbs cəzası gözləyir.