Balakən sakinlərindən qanunsuz saxladıqları silahlar götürüldü


Digərləri 19 Yan 2019 10:49:02 655 0

Balakən sakinlərindən qanunsuz saxladıqları silahlar götürüldü

Balakən sakinlərindən qanunsuz saxladıqları silahlar götürüldü.

Bakı. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, yanvarın 18-də Balakən rayon Polis şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.