Müsəlman jurnalistə görə "Vogue" dərgisində qalmaqal


Digərləri 19 Yan 2019 09:44:00 607 0

Müsəlman jurnalistə görə "Vogue" dərgisində qalmaqal

Amerikanın "Vogue" dərgisinin fevral buraxılışında bir mövzu ətrafında qalmaqal yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, dərgidə müxtəlif mədəniyyətə məxsus olan geyim tərzləri əks olunub. Məşhur dərgi bu mövzuda səhvə yol verib.

Məşhur müsəlman jurnalist Nur Taqurinin də fotosu "Vogue" dərgisinin yeni buraxılışında yer alıb. Amma onun adının yerinə Pakistanın məşhur aktrisası və model Nur Buharinin adı yazılıb. Taquri həmin yazını sosial şəbəkədə paylaşaraq tənqid edib. "Bu buraxılışı neçə aydır gözləyirəm. Necə məni Nur Buhari ilə səhv sala bilərsiniz?" deyə, o, paylaşımında bildirib.


Xəbərə aid fotolar