Aİ Ermənistan və Azərbaycan əhalisinin sülhə hazırlanması prosesinin dəstəklənməsinə sadiqdir


Siyasət 19 Yan 2019 08:30:00 639 0

Aİ Ermənistan və Azərbaycan əhalisinin sülhə hazırlanması prosesinin dəstəklənməsinə sadiqdir

Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan əhalisinin sülhə hazırlanması prosesinin dəstəklənməsinə sadiqdir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar öz "Twitter" səhifəsində yazıb.

T.Klaar bildirib: "Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin son görüşündən ruhlanmışam. Əhalinin sülhə hazırlanması həlledici əhəmiyyətə malikdir və Aİ bu prosesin dəstəklənməsinə sadiqdir".

Xatırladaq ki, yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə E.Məmmədyarov və Z.Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.