Bu çip "havadan" enerji əldə edir VİDEO


Digərləri 19 Yan 2019 08:15:00 880 0

Bu çip "havadan" enerji əldə edir  VİDEO

İsrailin "Wiliot" startapı "National Retail Federation" (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Maraqlıdır ki, qabaqcıl çip naqil və batareyaya malik deyil, "havadan" əldə olunan enerji ilə işləyir.   Son.az ICTnews-a istinadən bildirir ki, "ARM" prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu "hiss edə" və bu məlumatları şifrlənmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip "Bluetooth", "Wi-Fi" və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.

Videonu izləmək üçün şəklə klikləyin: