Kompüter oyunları üçün ilk taktiki monitor təqdim olundu


Digərləri 19 Yan 2019 08:01:00 660 0

Kompüter oyunları üçün ilk taktiki monitor təqdim olundu

"Gigabyte" şirkəti dünyada ilk "Aorus AD27QD" taktiki monitorunu təqdim edib.

Son.az ICTnews-a istinadən bildirir ki, istehsalçı nümayəndələrinin fikrincə, monitorun malik olduğu eksklüziv funksiyalar oyun zamanı istifadəçilərə onların düşmənləri üzərində taktiki üstünlük verir.   

Məlumata görə, monitorda 144 QHs tezlik yenilənməsini dəstəkləyən "QHD" (2560 x 1440 piksel) təsvir ölçülü IPS paneldən istifadə olunub. Baxış bucaqları 178° təşkil edən qurğunun ekranı "DCI-P3" rəng aralığının 95 faizini əhatə edir. Parlaqlıq 350 kandel kvadratmetr (kd/m2), kontrastlıq isə 1000:1 təşkil edir. "VESA DisplayHDR 400" standartının tələblərinə uyğun olan monitor "AMD Radeon FreeSync" adaptiv sinxronlaşdırma texnologiyasını dəstəkləyir.