Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib FOTO


Dünya 19 Yan 2019 08:02:00 424 0

Strasburqda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib  FOTO

Strasburq Universitetində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar konfrans təşkil edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Strasburq Universitetinin Türk Araşdırmaları Departamenti və Fransada Təhsil Alan Azərbaycanlı Tələbələr Assosiasiyasının (ASEAF) birgə təşkilatçılığı ilə baş tutmuş bu tədbirdə əsasən həmin təhsil ocağının müəllim və tələbə heyəti iştirak edib.

Konfransı giriş sözü ilə açan Türk Araşdırmaları Departamentinin direktoru, Professor Stefan Dö Tapia (Stéphane De Tapia) və ASEAF-ın sədri Fərid Əliyev Qanlı Yanvar faciəsinin Azərbaycan xalqı üçün daşıdığı əhəmiyyət barədə fikirlərini bölüşdülər və bu konfransın Strasburq Universitetində təhsil alan tələbələri sözügedən mövzu üzrə araşdırmalar aparmağa təşviq edəcəyinə dair ümidlərini ifadə etdilər.


Xəbərə aid fotolar