YouTube təhlükəli challenge və prank videoların yüklənməsini qadağan edir


Digərləri 19 Yan 2019 07:31:00 900 0

YouTube təhlükəli challenge və prank videoların yüklənməsini qadağan edir

Viral yayılan challenge videoları maraqlı görünsə də eyni zamanda təhlükəli olurlar. Məsələn keçən ilki Tide Pod Challenge adlı flashmob çərçivəsində gənclər ilk baxışdan yemək üçün diqqət çəkən paltaryuma vasitəsi kapsullarını yeyirdilər. 2019-cu ilin əvvəlində isə son zamanlar məşhurlaşmış Bird Box filmi üzrə challenge videoları yayılmağa başladı. Bu isə öz növbəsində insanların həyatlarının təhlükə altına atılmasına gətirib çıxardı.

Son.az technote.az-a istinadən bildirir ki, ABŞ-ın Yuta ştatında 17 yaşlı qız Bird Box Challenge flashmobu çərçivəsində gözləri bağlı şəkildə avtomobil sükanı arxasına oturdu və avtomobili idarə etməyə başladı. Nəticədə qızın idarə etdiyi avtomobil qarşıdan gələn avtomobillərin xəttinə çıxaraq bir avtomobil ilə toqquşdu və daha sonra yoldakı dirəyə dəydi. YouTube administrasiyası isə bu cür aksiyaları dəstəkləmir və öz videoservisində bu cür təhlükəli kontentlərin yayılmasını qadağan edir. Bu barədə Gagadget.ru saytı xəbər verib.

Beləliklə videoservisin yenilənmiş qaydalarına əsasən videoservisin istifadəçiləri özlərinin və ya digərlərinin həyatlarını təhlükə altına atacaq ciddi tapşırıqların yerinə yetirlməsi videolarını videoservisə yükləyə bilməyəcəklər. Bura həmçinin Kiki Challenge adlı flashmob da daxildir. Qeyd etmək lazımdır ki, bu flashmob çərçivəsində insanlar hərəkətdə olan avtomobildən enərək müğənni Drake-in In My Feelings mahnısının sədaları altında rəqs etməyə başlayırlar.