YouTubedakı videolar arasındakı keçid Instagram Stories tərzində olacaq


Digərləri 19 Yan 2019 07:41:00 751 0

YouTubedakı videolar arasındakı keçid Instagram Stories tərzində olacaq

YouTube istifadəçiləri yaxın zamanda videoları üfüqi swype vasitəsilə videolar arasındakı keçidi reallaşdıra biləcəklər. Yeni funksiya artıq bu həftə videoservisin iOS versiyasında aktiv ediləcək. Bu barədə Techcrunch saytı xəbər verib. Beləliklə istifadəçi videoservisdə sola swype edərək videoservis tərəfindən məsləhət görülən videolara keçid edə biləcək.

Son.az technote.az-a istinadən bildirir ki, sağ tərəfə swype edəndə isə istifadəçi əvvəlki baxmış olduğu videoya qayıdacaq. Bununla belə baxılmış videoya qayıdan zaman həmin video qaldığı yerdən davam edəcək. YouTube-da olacaq bu yeni naviqasiya özəlliyi bir növ Instagram-ın Stories bölməsindəki paylaşımlar arasındakı keçidi xatırladır. Yeni funksiyanın, videoservisin Android versiyasında nə zaman aktiv ediləcəyi barəsində isə heç bir məlumat yoxdur.