Süni zəka yoxsulluğa qarşı


Digərləri 19 Yan 2019 07:21:00 918 0

Süni zəka yoxsulluğa qarşı

Stenford Universitetindən olan alimlər komandası yeni nəsil texnologiyaların köməyi ilə varolan problemi hərtərəfli müşahidə etmək və yoxsulluğun ilkin səbəblərini aradan qaldırmaq üçün böyük həcmli məlumatların yığılması ilə məşğul olur. Yoxsulluq insanlığın ən qlobal problemlərindən biridir. 2000-ci ildə bu problemlə mübarizə, BMT-nin "minilliyin əsas məqsədi" kimi seçilmişdi. Yoxsulluq təkcə insanların ölümlərinə səbəb olmur, həmdə ölkə iqtisadiyyatına baha başa gəlir. ABŞ əhalisinin yoxsulluq içərisində yaşayan 13%-nin sosial yardımına hər il ölkə büdcəsinin 1/4 hissəsi xərclənir. Bu barədə Hightech.plus saytı xəbər verib.

Son.az technote.az-a istinadən bildirir ki,  professor Geoffrey Cohen bu problemin yeni həll üsulunu tapmaq üzrə çalışacaq xüsusi qrupa rəhbərlik edəcək. Alimlər böyük həcmli məlumatları analiz etmək və hansı faktorların, yoxsulluğun inkişaf etməsinə, hansı faktorların isə yoxsulluqla mübarizəni məhdudlaşdırmasına təsir etdiyini öyrənmək üçün machine learning sahəsinin son nailiyyətlərindən istifadə etmək niyyətindədirlər. "Biz, bu köhnə problem ilə mübarizə üçün Silikon Vadisinin alətlərindən istifadə etməyə hazırlaşırıq" - deyə Geoffrey Cohen bildirib.

Tədqiqatçılar yoxsulluğu vahid bir problem kimi deyil, bir neçə qəliz problemin nəticəsi kimi qəbul edirlər. Hər bir ilkin səbəbin yaranışı, tarixi və fəaliyyət mexanizmi var. Buna görə də onunla mübarizə də fərqlənməlidir. Cohen və onun komandası daha öncə gözdən qaçmış qanunauyğunluqları ortaya çıxarmaq üçün demoqrafik məlumatlar, sosial şəbəkə məlumatları, mesajlar, Google Street View məlumatları və əmək bazarı məlumatları da daxil olmaqla hal hazırda olan və yeni məlumatlar toplusunu xüsusi alqoritm vasitəsilə tədqiqatına start vermək istəyirlər.