Saturnla bağlı tarixi gerçəklər ortaya çıxdı: Onun halqaları əslində...


Digərləri 18 Yan 2019 23:51:00 687 0

Saturnla bağlı tarixi gerçəklər ortaya çıxdı: Onun halqaları əslində...

Qalaktikanın ən fərqli planeti olan Saturn əslində milyon illərlə halqasız olub.

Son.az xəbər verir ki, bunu italiyalı astronomların rəhbərlik etdiyi araşdırma qrupu ortaya çıxarıb.

Qrup Günəş sistemindəki digər planetlər kimi 4,5 milyard yaşı olan Saturnun 3 ana halqasının 10-100 milyon içində ortaya çıxmağa başladığını bildirib.

ABŞ Kosmos və Aeronavtika İdarəsinin (NASA) Saturnu analiz etmək üçün göndərdiyi "Kassini" kosmik gəmisinin müşahidələri əsasında araşdırma aparan alimlər cazibə qüvvəsinin ölçüləri ilə halqaların kütləsini hesablayıb. Və belə qənaətə gəlinib ki, halqalar planetdən daha cavandır.