İnsan papilloma viruslarının bəzi növləri xərçəng xəstəliyinə səbəb olur


Digərləri 18 Yan 2019 23:54:00 717 0

İnsan papilloma viruslarının bəzi növləri xərçəng xəstəliyinə səbəb olur

İnsan papilloma viruslarının sərbəst yaşama qabiliyyətləri olmadığından onların "sahib" orqanizmdəki həyat fəaliyyətləri öyrənilib. Hazırda papilloma viruslarının insanda 100 dən çox tipinə rast gəlinir. Əlamətləri virusun növlərindən asılı olaraq müxtəlifdir. Əksər hallarda heç bir əlamətlə özünü göstərmir. Buna səbəb immun sistemin nəzarəti altında olmasıdır. Virusun müəyyən növləri papilloma, digərləri yastı xallar və kandillomaların yaranmasına gətirib çıxarır. Bəzi tipləri isə xərçəng xəstəliyinin əmələ gəlməsinə şərait yaradır. Bunlar hamısı öz növbəsində xoşxassəli şişlərdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Tibb Universitetinin dermotovenerologiya kafedrasının dosenti, həkim-dermatoveneroloq Elşad Novruzov məlumat verib.

Mütəxəssis bildirib ki, əgər hamilə qadın bu virusa yoluxubsa, doğuş zamanı virus körpəyə də keçir.