Yaponiya hökuməti taxttacın ötürülməsi ilə əlaqədar mərasimlərin bəzi detallarını təsdiq edib


Dünya 18 Yan 2019 23:47:00 466 0

Yaponiya hökuməti taxttacın ötürülməsi ilə əlaqədar mərasimlərin bəzi detallarını təsdiq edib

Yaponiya hökuməti cari ildə baş tutacaq taxt-tacın ötürülməsi ilə əlaqədar mərasimlərin bəzi detallarının təsdiqi barədə qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, taxt-tacın ötürülməsinə cavabdeh olan hökumət komitəsi Konstitusiyada nəzərdə tutulduğu kimi, İmperatorun dövlətin rəmzi kimi həyata keçirməli olduğu aktları müzakirə edib.

Komitənin qərarına əsasən, taxt-tacdan imtina və ya Tayirey-Seydon-no-Qi mərasimi İmperator sarayının Matsu-no-Ma salonunda aprelin 30-da saat 17:00-da başlayacaq və 17:10-da başa çatacaq. Bu, Yaponiya Konstitusiyası tarixində ilk belə mərasim olacaq.

Yeni İmperatorun taxta çıxması ilə əlaqədar rəmzləri, o cümlədən dövlət və şəxsi möhürü qəbul edəcəyi mərasim və ya Kenzi-to-Syokey-no-Qi isə mayın 1-də səhər saat 10:30-da başlanacaq. Saat 11:10-da İmperatorun taxta çıxdıqdan sonra xalqın nümayəndələri ilə ilk audensiyası və ya Sokui-qo-Tyoken-no-Qi mərasimi keçiriləcək.