Azərbaycan nefti cüzi ucuzlaşıb


Digərləri 18 Yan 2019 23:36:00 670 0

Azərbaycan nefti cüzi ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 17-də 62,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,14 dollar/barel azdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 61,58 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,11 dollar/barel azdır.