Macar şirkəti multirotor tipli ilk təyyarə hazırlayıb


Digərləri 18 Yan 2019 23:24:00 718 0

Macar şirkəti multirotor tipli ilk təyyarə hazırlayıb

Budapeştin "Maform Design" sənaye dizaynı şirkəti "Lift Aircraft" firması ilə birgə ilk multirotor tipli "eVTOL" təyyarəsini təqdim edəcək. Bu kiçik uçuş aparatı "Nexa" da adlanır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pilotlu bu aparatda uçuş üçün lisenziya tələb olunmur və 18 dəst vintdən, habelə mühərrik və batareyadan ibarət olan multirotor tipli "eVTOL" təyyarəsi ilə istənilən adam dünyanın hər hansı nöqtəsində səmaya uça bilər. Lakin kiçik ölçülü təyyarədə sərnişin üçün oturacaq yoxdur. Bu uçuş aparatının çəkisi cəmi 196 kiloqramdır və ABŞ Federal Aviasiya Administrasiyası tərəfindən "çox yüngül" təyyarə kateqoriyasına aid edilib. Onun mühəndislərinin sözlərinə görə, asan idarə olunan multirotor tipli təyyarə ilə uçuş tamamilə təhlükəsizdir. Dronlarda olduğu kimi, bu uçuş aparatının sabitliyi də kompüterlə təmin olunur, pilot isə idarəetməni coystiklə (kompüter üçün oyun çubuğu) həyata keçirir. Təyyarədə yüksəkliyi, küləyin sürətini və istiqamətini nəzərə alaraq lazım olan enerjini tənzimləyən cihaz da var. Batareyanın boşalması zamanı isə əməliyyat sistemi avtomatik işə düşərək yerə enişi təmin edir.


Xəbərə aid fotolar