Erkən ölümün qarşısını almağın yolu tapıldı


Digərləri 18 Yan 2019 23:12:00 652 0

Erkən ölümün qarşısını almağın yolu tapıldı

ABŞ-ın Kolumbiya Universitetinin alimləri passiv və ya aşağı aktivli həyat tərzinə malik insanlarda erkən ölüm riskini azaltmağın yolunu tapıb. Məlum olub ki, 30 dəqiqə divan və ya stol arxasında əyləşməyi əvəz edən istənilən intensivlikdə fiziki aktivlik səhhətə öz müsbət təsirini göstərir.

Son.az oxu.az-a istinadən bildirir ki, elmi araşdırma haqqında "MedicalXpress" nəşrində press-reliz dərc olunub.

Alimlər 2009-2013-cü illər ərzində ölkədə keçirilmiş "İrqi və milli müxtəlifliklər üzrə tədqiqatda" iştirak etmiş orta yaşlı və yaşlı səkkiz min insanın tibbi göstəricilərini təfsilatlı şəkildə təhlil edib.