İspanağı qatıqla yox, yumurta ilə yeyin! Səbəbi...


Digərləri 18 Yan 2019 23:02:00 535 0

İspanağı qatıqla yox, yumurta ilə yeyin!  Səbəbi...

Qış aylarının ən çox sevilən yeməklərindən biri də ispanaq qovurmasıdır. Dadlı olduğu qədər də faydalı olan bu yeməyi bir çoxları əsasən qatıqla yeməyi xoşlayır. 

Son.az medicina.az-a istinadən bildirir ki, ispanağın tərkibi dəmir mikroelementi ilə zəngin olduğu üçün qanazlığının aradan qaldırılmasında böyük rol oynayır. 

Lakin onu düzgün istifadə etmədikdə bu faydasından yararlanmaq da qeyri-mümkün olur.   ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) qadınlarda hemoqlobinin miqdarının 12-dən, kişilərdə isə 14-dən az olmasını qansızlıq (anemiya) kimi dəyərləndirir. Anemiyanın əsas səbəbi dəmir çatışmazlığıdır. Statistikaya görə, dünya üzrə qadınların 35%-i, kişilərin isə 50%-i bu narahatlıqdan əziyyət çəkir.