"iPhone"dakı şəkilləri inadkar qohumlardan necə gizlətmək olar?


Digərləri 18 Yan 2019 22:59:00 825 0

"iPhone"dakı şəkilləri inadkar qohumlardan necə gizlətmək olar?

"ZDNet" ekspertləri dostların və ya qohumların istifadəçinin smartfonundakı şəxsi məlumatları oxumaması və ya şəxsi şəkillərə baxmaması üçün "iPhone"a "ağıllı" şifrə qoymağı tövsiyə edir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu, başlıca olaraq yaxınların və qohumların smartfona baxmaqda inad göstərdiyi vaxt istifadəçinin buna etiraz edə bilmədiyi hallara aiddir.

Dostların və qohumların sizin fotolara baxmaması, sosial şəbəkə hesablarına daxil olmaması və ya brauzerin tarixçəsini (daxil olunan saytların arxivi) araşdırmaması üçün ekran vaxtının hesablanması funksiyasından (ScreenTime) istifadəni tövsiyə edib. Bu funksiyanın ayarlarında müəyyən müddətə istənilən tətbiqə, məsələn, Qalereyaya şifrə qoymaq olur.