Abşeron Milli Parkından FOTOREPORTAJ


Digərləri 18 Yan 2019 22:23:00 682 0

Abşeron Milli Parkından FOTOREPORTAJ

Azərbaycanın sahəsinə görə ən kiçik milli parkı olan Abşeron Milli Parkı 783 hektar ərazidə yerləşir. Bura yarımsəhralıq ərazi olmaqla yanaşı, həm də dəniz sahilini birləşdirir. Park 2005-ci ildə Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılıb. Milli Parkın ərazisi həm dəniz suyu, həm də havasının təmiz olması ilə diqqət çəkir. Abşeron yarımadasının cənub-şərq qurtaracağı olan Şah Dili ərazisi də burada yerləşir.

Parkda 50-dən çox quş və heyvan növü var ki, bunların da 6-sı "Qırmızı kitab"a düşüb. Xəzərin park ərazisinə yaxın sahillərində çox sayda su ilanı və müxtəlif növ balıqlar kütləvi halda məskunlaşıb.

Paytaxta yaxın olan bu ərazi ekoturizm üçün də əlverişli məkan sayılır.