Dünyanı bu pəhriz xilas edəcək QİDALARIN SİYAHISI


Digərləri 18 Yan 2019 22:20:00 591 0

Dünyanı bu pəhriz xilas edəcək  QİDALARIN SİYAHISI

Yeni kəşf edilən qidalanma üsulu həyatları xilas etmək və planet üçün fəlakətli nəticələrə səbəb olmadan 10 milyard insanı doydurmağı vəd edir.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu pəhriz növündə ət və süd məhsulları qadağan edilmir.

Alimlərin fikrinə əsasən, növbəti onilliklərdə dünya əhalisinin sayı artacaq və bu insanları necə doydurmağın yolları araşdırılırdı. Çarə isə "dünyəvi sağlam pəhriz" adlandırılıb.

Hər gün ət yeyirsinizsə, ilk olaraq bunu dəyişməlisiniz. Qırmızı əti həftədə bir dəfə hamburqer, ayda bir dəfə isə bifşteks kimi qəbul edə bilərsiniz. Həftədə bir neçə dəfə toyuq və ya balıq da qəbul etmək olar. Amma protein ehtiyacının qalanını bitkilərlə təmin etməlisiniz.

Tədqiqatçılar fındıq, fıstıq və paxlalılar sinfinə aid tərəvəzlər qəbul edilməsini məsləhət görürlər. Meyvə və tərəvəzləri də daha çox qəbul etməliyik. Yediyimiz yeməyin yarısı meyvə və tərəvəzdən ibarət olmalıdır. Kartof və digər nişastalı tərəvəzlər də məsləhətdir.