Şaban özünü polis kimi təqdim etdi, parkda vətəndaşı soydu Bakıda


Kriminal 18 Yan 2019 22:02:00 711 0

Şaban özünü polis kimi təqdim etdi, parkda vətəndaşı soydu  Bakıda

Bakıda quldurluqda təqsirləndirilən Şaban Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən bildirir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttiham aktına əsasən, Ş.Məmmədov Bakıda özünü polis əməkdaşı kimi təqdim edərək quldurluq edib.